Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda  “Qanlı yanvar” mövzusunda tarix dərsi keçirilib

17.01.2024

Masallı Tarix- Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə N. Nərimanov adına şəhər 2 saylı tam orta məktəbində “Qanlı yanvar” mövzusunda  tarix dərsi keçirilib.

20 Yanvar faciəsinin 34-cü il dönümünə həsr edilən tarix dərsində əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Dövlət Himni səsləndirilib.

Dərsi giriş sözü ilə açan muzeyin əməkdaşı Sevinc Əliyeva 20 Yanva hadisələrinin müstəqillik tariximizdə oynadığı mühüm roldan bəhs edib. Sonra muzeyin elmi işçisi Nazənin Heydərzadə 20 yanvar hadisəsinə aid geniş mühazirə edib.

Daha sonra məktəbin müəllimi Firəngiz Mütəllimova  və muzeyin əməkdaşı Talib Qəzənfərli şagirdlərə müəyyən suallar verərək, mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Yekunda şagirdlərin ifasında 20 Yanvar faciəsinə həsr edilən şeir parçaları səsləndirilib və 34 il öncə baş vermiş hadisəni özündə əks etdirən foto sərgiyə baxış keçirilib.